Baş Prokurorluqdan polis rəisinin intiharı ilə bağlı açıqlama

09.07.2021 13:25     Sosreaksiya     507

İyulun 9-da saat 11 radələrində Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rahib Mirzəyevin istirahət otağında özünü xidməti silahı ilə ürək nahiyəsindən 1 dəfə atəş açmaqla öldürməsi ilə bağlı məlumat daxil olub.

Baş Prokurorluğun Mətbuat xidmətindən Reaksiya.az-a bildirilib ki, hazırda Baş Prokurorluğun İstintaq İdarəsinin və Daxili İşlər Nazirliyinin əməkdaşları hadisə yerindədir.

İctimaiyyətə yaxın vaxtlarda ətraflı məlumatın verilməsi təmin ediləcək.\

Reaksiya.az

Şərhlər