İmişlidə ferma yandı

12.07.2021 11:02     Sosreaksiya     415

İmişlidə ferma yanıb.

Fövqəladə Hallar Nazirliyindən Reaksiya.az-a verilən məlumata görə, İmişli rayonunun Hacırüstəmli kəndində ümumi sahəsi 2000 m² olan fermanın dam örtüyünün yanar konstruksiyaları 800 m² sahədə və içərisinə yığılan 30 ton ot bağlamasının 20 tonu yanıb.

Fermanın və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar