Bələdiyyə sədri barəsində cinayət işi açıldı

13.07.2021 11:01     Sosreaksiya     349

Azərbaycanda bələdiyyə sədri barəsində cinayət işi başlanılıb.

Reaksiya.az xəbər verir ki, Şabran rayonu Pirəbədil bələdiyyəsinin sədri Camaləddin Müzafəddin oğlu Nuriyev barəsində Cinayət Məcəlləsinin 309.2-ci (Vəzifə səlahiyyətlərini aşma, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

Onun barəsində aparılan ibtidai istintaq başa çatıb. C. Nuriyev barəsində toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Eldar İsmayılovun icraatına verilib.

Qeyd edək ki, C. Nuriyev 10 ildən artıq Pirəbədil bələdiyyəsinin sədri olub.

Reaksiya.az

Şərhlər