Bakının 3 rayonunda su olmayacaq

14.07.2021 12:10     Sosreaksiya     514

Bu gün Bakının Qaradağ, Səbail və Binəqədi rayonlarının bəzi ərazilərinə, eləcə də Şirvan və Hacıqabul şəhərlərinə, Hacıqabul rayonunun magistral kəmərdən qidalanan kəndlərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə Reaksiya.az -a Azərsu ASC-dən məlumat verilib.

Məlumata görə, fasilə Kür-Bakı magistral su kəmərində baş vermiş qəza ilə əlaqədardır.

Qurum yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar