"Patı" qəbul edən gənc küçədə komaya düşdü

16.07.2021 12:15     Sosreaksiya     611

Bakıda, 9-cu mikrorayon ərazisində narkotik vasitənin aludəçisi olan gənc komaya düşüb.

Reaksiya.az Report-a istinadən bildirir ki, yeniyetmə “patı” adlandırılan metomfetamin istifadə edib. Daha sonra huşu gedib və ərazidə yaşayan sakinlər tərəfindən küçədə halsız vəziyyətdə tapılıb.

“Əvvəlcə elə bildik qıcolma tutub, amma yaxınlaşanda gördük ki, bədənində yara izləri var. Ara-sıra çabalayırdı. Ayıltmağa çalışsaq da, bacarmadıq. Sonra polisə zəng etdik. Binəqədi rayon 7-ci Polis Bölməsinin əməkdaşları dərhal gəldilər. Gənci ayıldıb xəstəxanaya apardılar və dedilər ki, “patı”nın təsirindən komaya düşüb” - deyə, sakinlər bildirib.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar