Hacıqabulda da "patı" satan saxlanıldı

21.07.2021 14:22     Sosreaksiya     479

Hacıqabul rayonunda "patı" satan şəxs saxlanılıb.

DİN-in Mətbuat xidmətindən Reaksiya.az-a verilən məlumata görə, Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik maddələri qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakini, 51 yaşlı İsmayıl İsmayılov saxlanılıb.

Onun üzərinə keçirilən baxış zamanı narkotik maddə olan metamfetamin aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.

Reaksiya.az

Şərhlər