Yeni Baş Qərargah rəisi təyin olundu - Sərəncam

23.07.2021 16:15     Sosreaksiya     513

General-leytenant Vəliyev Kərim Tofiq oğlu Azərbaycan Respublikası müdafiə nazirinin müavini – Şəxsi Heyət Baş İdarəsinin rəisi vəzifəsindən azad edilərək, Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi təyin edilib.

Reaksiya.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Reaksiya.az

Şərhlər