Azərbaycan bu ölkələrlə “Bakı bəyannaməsi” imzalayacaq

26.07.2021 12:11     Sosreaksiya     364

Sabah Türkiyə, Azərbaycan və Pakistan parlamentlərinin sədrləri Mustafa Şəntop, Sahibə Qafarova, Əsəd Qayserinin Üçtərəfli Birinci toplantısı başlayır.

Məlumatı “Anadolu” agentliyi yayıb.

Toplantının yekun sənədi olaraq “Bakı bəyannaməsi” imzalanacaq.

Üçtərəfli toplantıdan əvvəl iyulun 26-da Mustafa Şentop Fəxri xiyabanda Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və Türk şəhidliyini ziyarət edəcək.

İyulun 28-də Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşəcək.

Mustafa Şentop səfər çərçivəsində Füzuli və Şuşa şəhərlərinə səfər edəcək.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar