Ordumuzun leytenantı həlak oldu

09.08.2021 13:40     Sosreaksiya     728

Avqustun 9-u səhər saatlarında Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin poliqonunda keçirilən döyüş atışlı məşğələ zamanı bədbəxt hadisə baş verib. Hadisə zamanı leytenant Babayev İlqar Rüfət oğlu həlak olub.

Reaksiya.az xəbər vereir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Hadisənin səbəbləri araşdırılır.

Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçunun ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Şərhlər

Çox oxunanlar