Sabaha gözlənilən hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ

09.08.2021 13:46     Sosreaksiya     726

Avqustun 10-da gözlənilən hava şəraiti
 
 Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə
 
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
 
Havanın temperaturu gecə 24-28° isti, gündüz 34-38° isti,
 
Bakıda gecə 26-28° isti, gündüz 36-38° isti olacaq.
 
Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu təşkil edəcək.
 
Nisbi rütubət 60-65 %, gündüz 30-35 % olacaq.
 
Şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
 
Dəniz suyunun temperaturu:
 
Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 27-28° isti,
 
Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 28-29° isti olacaq.
 
Tibbi-meteoroloji proqnoz
 
Avqustun 10-da Abşeron yarımadasında isti hava şəraiti fonunda zəif küləklərin üstünlüyü və günün bəzi saatlarında havada yaranan durğunluq meteohəssas insanlar üçün əlverişsizdir.
 
Azərbaycanın rayonlarında: Əsasən yağmursuz. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 22-27° isti, gündüz 35-40° isti, dağlarda gecə 15-20° isti, gündüz 23-28° isti olacaq.
 

Şərhlər