Qadını maşından atan şəxsin kimliyi açıqlandı

09.08.2021 13:50     Sosreaksiya     749

Daxili İşlər Nazirliyi hərəkətdə olan avtomobildən yola atılan qadınla bağlı yayılan xəbərə münasibət bildirib.

DİN-in mətbuat xidmətinin Quba regional qrupunun baş inspektoru, polis leytenantı Xəyal Talıbov Ölkə.az-a açıqlamasında avqustun 7-də Şabran rayon sakini Heyyət Heybətov ilə tanışı, Qusar rayon sakini Natəvan Sarxanova arasında mübahisə yarandığını bildirib:

“Sosial şəbəkələrdə yayılan məlumatlarla və hadisənin təfərrüatı ilə bağlı müvafiq araşdırma aparılır”.

Reaksiya.az

Şərhlər