Bələdiyyə sədri oğluna 500 nəfərlik toy edib? - DİN-dən açıqlama

09.08.2021 15:08     Sosreaksiya     835

Daxili İşlər Nazirliyi Buzovna bələdiyyə sədri Mətləb Əliyevin oğluna 500 nəfərlik toy mərasimi keçirməsi ilə bağlı sosial şəbəkələrdə yayılan fikirlərə münasibət bildirib. 

DİN-in mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev Qaynarinfo-nun sorğusuna cavab olaraq deyib ki, sosial şəbəkələrdə sözügedən toy mərasimi ilə bağlı görüntülər yayıldıqdan sonra Xəzər rayon Polis İdarəsinin əməkdaşları araşdırmaya başlayıb: 

"Toy sahibi ilə də əlaqə saxlanılıb. Videogörüntüdə əks olunan hallar araşdırılıb. Toy görüntülərinə baxış keçirilib. Toy mərasiminin 500 nəfərin iştirakı ilə keçirilməsi ilə bağlı sosial şəbəkələrdə yayılan iddialar təsdiqini tapmayıb”. 

Reaksiya.az

Şərhlər