Şoyqudan AÇIQ ETİRAF: Ermənistana kömək edəcəyik...

12.08.2021 13:15     Sosreaksiya     1483

"Ermənistan Silahlı Qüvvələrinin modernləşdirilməsinə və orduda islahatların aparılmasına köməyi davam etdirməyə hazırıq".

Bunu Rusiyanın Müdafiə naziri Sergey Şoyqu paytaxt Moskvada Ermənistanın yeni təyin olunmuş Müdafiə naziri Arşak Karapetyanla görüşü zamanı deyib.

O bildirib ki, Rusiya Ermənistanla həm ikitərəfli, həm də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) səviyyəsində qarşılıqlı fəaliyyətə əhəmiyyət verir.

Ermənistanda Rusiya hərbi bazasının yerləşdiyini qeyd edən Şoyqu əlavə edib:

"Ermənistan Cənubi Qafqazda təhlükəsizliyin təmin edilməsində Rusiyanın əsas müttəfiqi və tərəfdaşıdır. Biz bu bölgədə sabitliyin qorunmasında son dərəcə maraqlıyıq".(publika)

Reaksiya.az

Şərhlər

Çox oxunanlar