Sentyabrdan bu şəxslər də ticarət obyektlərinə buraxılacaq

23.08.2021 13:02     Sosreaksiya     890

Sentyabrın 1-dən koronavirus infeksiyasına qarşı birinci doza peyvənd olunan şəxslər iri ticarət və ictimai iaşə obyektlərinə buraxılacaq.

Bunu Trend-ə açıqlamasında Daxili İşlər Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.

O bildirib ki, bu proses sentyabrın sonuna qədər davam edəcək:

"Sentyabrın 1-dən etibarən peyvənd olunmayan şəxslərin bu obyektlərə girişi qadağan ediləcək. Peyvənd olunmayan şəxs obyektə daxil olarsa, həmin vətəndaş deyil, obyekt sahibi cərimələnəcək. Çünki bu prosesə məsuliyyəti həmin obyektin sahibi daşıyır. Ona görə də obyekt sahibi bu məsələdə məsuliyyətli olmalıdır. Hər hansısa obyektə daxil olan şəxs ən azı birinci dozanı qəbul etməlidir. Oktyabrın 1-dən isə iki doza peyvəndi qəbul etməyən şəxslərin bu tip obyektlərə buraxılması qadağandır".

Reaksiya.az

Şərhlər