Qızıl məmulatlarının gömrükdən qanunsuz keçirilməsinin qarşısı alınıb

23.08.2021 13:25     Sosreaksiya     806

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları zərgərlik məmulatlarının Azərbaycanın gömrük sərhədindən qanunsuz olaraq keçirmə cəhdinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən Reaksiya.az-a verilən xəbərə görə, HNBGİ Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında Bakı-İstanbul aviareysi ilə gedən Azərbaycan vətəndaşı "Qırmızı Kanal"a keçərkən mütləq qaydada bəyan etməli əşyaları elektron və yazılı formada bəyan etməyib.

Vətəndaşın yükləri rentgen aparatından keçən zaman monitorda zərgərlik məmulatlarının təsvirləri görünüb.

Yoxlama zamanı vətəndaşa məxsus qara rəngli çamadanın içərisində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən, ümumi çəkisi 128 qram olan qızıl zərgərlik məmulatları - 3 ədəd sırğa-üzük dəsti, 1 ədəd sırğa-üzük-klon dəsti və 1 ədəd boyunbağı aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Reaksiya.az

Şərhlər