Avtobuslarda vaksin vurdurmaq təhükəlidir? - AÇIQLAMA

23.08.2021 14:40     Sosreaksiya     1039

Bildiyiniz kimi TƏBİB-in təşkilatçılığı ilə həyata keçirilən səyyar vaksinasiya briqadaları fəaliyyətini uğurla davam etdirir. Ölkəmizdə koronavirusa qarşı aparılan vaksinasiya prosesinin daha da sürətləndirilməsi, vətəndaşların peyvəndə əlçatanlığının təmini edilməsi məqsədilə səyyar vaksinasiya briqadaları artıq mobil avtobuslar vasitəsilə də xidmət göstərir.

Artıq Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatı dəstəyi ilə paytaxtın bir neçə ərazisində səyyar avtobus məntəqələrində peyvəndlənməyə başlanılıb. Bəs, görəsən, avtobus şəraitində vaksin vurdurmaq nə dərəcədə təhlükəsizdir?

Avtobuslarda vaksin vurdurmaq təhükəlidir? - AÇIQLAMA

Məsələ ilə bağlı BiG.AZ-a infeksionist Nicat Əzimli açıqlama verib:

 

"Vaksinasiya məntəqəsi tərtib olunanda bütün şəraitlər təmin olunmalıdır. Bu işin iştirakcısı olmadığım üçün dəqiq bir söz deyə bilmərəm, lakin hər bir halda şərtlərə əməl olunduğunu düşünürəm. Bilmirəm, orada hansı quraşdırma işləri aparılıb, hansı qurğulardan istifadə olunur. Hər halda, soyuducunun olmaması mümkün deyil. Səyyar məntəqələr bütün dünyada fəaliyyət göstərir, və quraşdırılarkən bütün şəraitlə təmin olunurlar. Bunlar hər yerdə nəzərə alınır. Azərbaycanda da bu, ilk təcrübə deyil. Əhalinin reaksiyası başa düşüləndir, lakin sözügedən model bütün dünyada tətbiq oluur. Ona görə də çəkinmək lazım deyil. İnsanlar belə məntəqə ilə qarşılaşsa, narahat olmadan yaxınlaşıb vaksin vurdura bilərlər".

Avtobuslarda vaksin vurdurmaq təhükəlidir? - AÇIQLAMAAvtobuslarda vaksin vurdurmaq təhükəlidir? - AÇIQLAMAAvtobuslarda vaksin vurdurmaq təhükəlidir? - AÇIQLAMAAvtobuslarda vaksin vurdurmaq təhükəlidir? - AÇIQLAMAAvtobuslarda vaksin vurdurmaq təhükəlidir? - AÇIQLAMAAvtobuslarda vaksin vurdurmaq təhükəlidir? - AÇIQLAMA

Reaksiya.az

 

Şərhlər