“Füzuli” Beynəlxalq hava limanında sınaq uçuşları həyata keçirilir

23.08.2021 14:52     Sosreaksiya     852

20-25 avqust tarixlərində “Füzuli” Beynəlxalq hava limanında müntəzəm reyslərin yerinə yetirilməsi məqsədilə radiotexniki vasitələrin hazırlığının yoxlanılması üçün xüsusi hava gəmisilə uçuşlar həyata keçirilir.

"Azərbaycan Hava Yolları" QSC-dən APA tv-yə verilən məlumata görə, yoxlama ATR 42-500 biznes sinif təyyarəsinə quraşdırılmış Aerodata AD-FIS-112 uçuş müfəttişliyinin tam avtomatlaşdırılmış kompleksinin tətbiqi ilə gündəlik olaraq həyata keçiriləcək.

Qeyd edək ki, AFIS (Aero Flight Inspection System) – hava limanlarında enmə vasitələrinin və yerüstü radionaviqasiya sistemlərinin yoxlanılması üçün istifadə olunan müasir tam avtomatik uçuş nəzarət sistemidir.

Reaksiya.az

Şərhlər