Azad olunan ərazilərdə daha 108 mina aşkarlandı

30.08.2021 15:05     Sosreaksiya     351

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı açıqlayıb.

ANAMA-dan Reaksiya.az-a verilən məlumata görə, avqustun 23-dən 28-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 77, tank əleyhinə 31 mina və 107 ədəd partlamamış hərbi sursat aşkarlanıb.

Nəticədə 179 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar