“Bizdə qeyri-rəsmi rəqəmlərə görə ölənlərin sayı lap çoxdur” - Həkim-infeksionist

30.08.2021 15:27     Sosreaksiya     394

"Hazırda yoluxma və ölüm halları yüksək rəqəmlərlə davam edir. Bu da koronavirusun "Delta” ştamının hesabınadır”.

Bu sözləri azxeber.com-a açıqlamasında həkim-infeksionist Vüqar Cavadzadə deyib.

O, bildirib ki, yoluxmada yüksək rəqəmləri bir müddət də görəcəyik: "Biz həmişə deyirdik ki, bu ştam yüksək yoluxuculuq xüsusiyyətinə malikdir. Bu da o deməkdir ki, öldürücülük xüsusiyyəti də yüksəkdir. Bunu da biz görürük, gündəlik 40-45 nəfər rəsmi məlumat verilir, amma qeyri-rəsmidə bu rəqəm, bəlkə də iki dəfə yüksəkdir. Hesab edirəm ki, yoluxmada hələ yüksək rəqəmlər görəcəyik. Çox güman ki, 20 gün, bir ay müddətində bu cür vəziyyət davam edəcək. Daha sonra azalma baş verə bilər. Çünki əvvəlki epidemik alovlanmaya baxdıqda əvvəlki aylarda da, təxminən iki ay yüksək səviyyədə davam edir, daha sonra enmə müşahidə edilir”.

Vüqar Cavadzadə məktəblərin açılmasının yoluxmaya təsir edəcəyini də diqqətə çatdırıb: "Digər tərəfdən bir həssas dönəm – məktəb və universitetlərin açılması dönəmi gəlir. Bu da yoluxma göstəricilərinin yüksəlməsinə səbəb ola bilər. Çünki hazırki yüksək rəqəmlər "Delta” variantının hesabınadır. Buna gənclər və yaşlılar arasında da çox rast gəlinir. Amma burada uşaqlar da var. Təcrübədə görürük ki, hətta 1 yaşlı, 3 yaşlı uşaqlar arasında yüksək temperaturlar müşahidə edilir. Buna görə də, məktəblərin, bağçaların açılması uşaqlar arasında artım riskini artıracaq. Biz yüksək rəqəmləri, ola bilər ki, o zaman da görə bilərik. Bütün bunları nəzərə alaraq hər birimiz gigiyenik qaydalara əməl etməliyik, bu yüksək rəqəmlər dönəmində hər kəs özünü və ətrafını qorumalıdır”.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar