Ermənistan Azərbaycan aviasiyası üçün hava məkanını açır

08.09.2021 13:43     Sosreaksiya     332

Son 30 ildə ilk dəfə olaraq sərnişin təyyarəsi Ermənistanın hava məkanı vasitəsilə Azərbaycanda daxili uçuş həyata keçirib.

Bu barədə “Vestnik Kavkaza” xəbər verir.

Türk Hava Yollarının Boeing -737 təyyarəsi sentyabrın 4 -də Gəncə - Naxçıvan reysini həyata keçirib. Uçuş vaxtı 35 dəqiqə təşkil edib. Flight Radar resursunun məlumatına görə, təyyarənin marşrutu Göyçə (Sevan) gölü və Ermənistanın Geqarkunik bölgəsi üzərindən keçib.

Nəşrin baş analitiki Andrey Petrov bildirir ki, bu hadisə İrəvanın qisasçı bəyanatlarına baxmayaraq, Ermənistanın Azərbaycanla münasibətləri normallaşdırmaq perspektivinə müqavimət göstərə bilmədiyini göstərir: “Erməni siyasətçilərinin, xüsusən də müxalifətçilərin nə deməsindən asılı olmayaraq, Azərbaycanla normal münasibətləri qurmağın perspektivləri qarşıdurma istəklərindən daha güclüdür”.

Erkən parlament seçkilərində Ermənistan əhalisi Qarabağ separatçılarının revanşizminin əleyhinə və otuz illik müharibəyə son qoyan Nikol Paşinyana - yəni sülh və qonşularla normal münasibətlərə səs verib. Proses çətin və ləngdir, amma Ermənistan buna doğru hərəkatı davam edir”.

Reaksiya.az

Şərhlər