BNA-dan maraqlı addım: Armavir yox, Sərdarabad...

08.09.2021 13:57     Sosreaksiya     379

Bakı Nəqliyyat Agentliyi Prezident İlham Əliyevin Ermənistan ərazisindəki qədim Azərbaycan yurd yerlərinin əsl adları ilə adlandırılmasına dair çağırışına qoşularaq (BNA) aksiyaya başlayıb.

Bu barədə Reaksiya.az-a BNA-dan bildirilib.

Məlumata görə, məqsəd tarixi saxtalaşdırmaqla erməniləşdirilən Azərbaycan toponimlərini cəmiyyətə tanıtmaqdır. Aksiya çərçivəsində müntəzəm marşrut xətləri üzrə avtobuslarda, eləcə də “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzindəki elektron məlumat tablolarında posterlər yayımlanır. Posterlərdə ötən əsrin müxtəlif illərində erməni saxtakarlığına məruz qalaraq dəyişdirilən ərazilərin (kənd, qəsəbə, şəhər və vilayət) toponimlərinin tarixi adları nümayiş etdirilir.

Reaksiya.az

Şərhlər