Elçin Quliyev məşhur generalı yeni vəzifəyə TƏYİN ETDİ

25.10.2021 13:19     Sosreaksiya     319

Dövlət Sərhəd Xidməti Akademiyasına yeni rəis müavini təyin edilib.

Reaksiya.az xəbər verir ki, manset.az-ın əldə etdiyi məlumata görə, Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyevin müvafiq əmri ilə general-mayor Hafiz Musayev Dövlət Sərhəd Xidməti Akademiyasına rəis müavini təyin edilib.

Qeyd edək ki, general-mayor Hafiz Musayev uzun illər Dövlət Təhlükəsizlik Xidmətində Baş İdarə rəisinin müavini, Baş idarə rəisi vəzifələrində çalışıb. O peşəkar zabitlərdən hesab olunur.

Reaksiya.az

Şərhlər