"İrəvan-Gorus yolu azərbaycanlıların nəzarətindədir" - Ohanyan

16.11.2021 12:56     Sosreaksiya     246

"Ermənistanın məğlubiyyətindən sonra, xüsusilə Geqarkunik və Zəngəzurda sərhəd gərginliyi davam edir". 

Bu sözləri “Ermənistan” fraksiyasının rəhbəri Seyran Ohanyan Milli Assambleyada keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə  görə, Ermənistan Respublikasının hazırkı hakimiyyəti məğlubiyyət ilə barışıb:

“Beynəlxalq təcrübə göstərir ki, məğlub olan hakimiyyət həmişə rəqibin və beynəlxalq arenanın diktəsi altındadır.  İrəvan-Gorus avtomobil yolu azərbaycanlıların nəzarətindədir. Yolların bağlanması Ermənistanın daha dərin blokadasına, iqtisadi təzyiqə və demoqrafik mənzərənin dəyişməsinə gətirib çıxaracaq", - Seyran Ohanyan bildirib.

Reaksiya.az

Şərhlər