Vahid Əhmədov: “DSMF-nin artıq vəsaitini xərcləmək lazımdır”

17.11.2021 13:50     Sosreaksiya     274

Deputat Vahid Əhmədov Milli Məclisin plenar iclasında çıxış edərkən bir sıra vacib məsələlərə hökumət üzvlərinin diqqətini cəlb etdi.

Millət vəkili Dövlət Sosial Müdafiə Fondunun büdcəsində 500 milyona yaxın artıq vəsaitin qalmasını qəbul etmədiyini söylədi. V.Əhmədov bildirdi ki, əgər dövlət büdcəsindən vəsait ayrılıbsa, o, xərclənməlidir.

Deputat ardınca həssas kateqoriyalı vətəndaşlarımızın problemlərinə də diqqət çəkdi: “Şəhid ailələri, qazilərlə, əlilliyin təyinatı ilə bağlı bu gün çox böyük problemlər var. Əlilliyin təyinatı məsələsində son illər ərzində kəskin azalmalar da baş verib. Bu məsələyə diqqəti artırmaq lazımdır.
Biz qanunvericilikdə pensiya yaşı və iş stajı ilə bağlı dəyişikliklər etdik, onun sayəsində DSMF-də pul yığıldı. Həmin pulu xərcləmək lazımdır. Burada uşaqlara görə ödənilən müavinətlərə 30 milyon manat vəsait ayrılır. Bu, böyük rəqəm deyil. Ümumiyyətlə, müavinətlərlə bağlı məsələyə yenidən baxılmalıdır”

Reaksiya.az

Şərhlər