Ermənistan itkilərlə bağlı yeni say açıqladı

19.11.2021 12:49     Sosreaksiya     308

Ermənistan tərəfi noyabrın 16-da Azərbaycanla dövlət sərhədində törətdiyi təxribat zamanı verdiyi itkiləri açıqlayıb.

Reaksiya.az Ermənistanın Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, sərhəddəki döyüşlər zamanı 6 erməni hərbçi ölüb.  

Nazirliyin məlumatına görə, ölənlər baş leytenant Taron Saakyan, müqaviləli hərbi qulluqçular Merujan Arutunyan, Qurqen Sarkisyan, Artur Martirosyan və David Əmiryandır.

Daha bir hərbçinin kimliyi hələ müəyyənləşdirilir.

Nazirliyin bu günə olan məlumatına görə, sərhəddə nisbi sakitlik müşahidə olunur.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar