Nazir Eldar Əzizovun qardaşını işdən çıxarıb? – Rəsmi

22.11.2021 13:23     Sosreaksiya     246

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun qardaşı Aydın Əzizovu vəzifəsindən azad etməsi ilə bağlı məlumat yayılıb.

Reaksiya.az xəbər verir ki, ƏƏSMN-dən Bakupost.az-a məlumatın həqiqəti əks etdirmədiyi bildirilib.

“A.Əzizov 2 il öncə nazirliyin tabeliyindəki Protez-Ortopedik Bərpa Mərkəzinin “Mürəkkəb protezləşmə stasionarının onurğa beyni zədələnmiş əlillərin və xəstələrin korreksiyası və protezləşməsi” şöbəsinin müdiri vəzifəsinə təyin edilib. Hazırda Aydın Əzizov nazirliyin Bakı Reabilitasiya Mərkəzinin “Sosial psixoloji reabilitasiya və abilitasiya” şöbəsinin müdiri vəzifəsində fəaliyyətini davam etdirir”, - məlumatda vurğulanıb.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar