"Koronavirusa görə ölüm göstəricilərində artma yoxdur" - TƏBİB rəsmisi

23.11.2021 13:12     Sosreaksiya     240

“Koronavirusa yoluxma sayları heç vaxt prosesi qiymətləndirmək üçün istifadə olunmamalıdır. Azərbaycanda pandemiya başladığı vaxtdan koronavirusa görə ölüm göstəricilərində artma müşahidə olunmayıb”.

Reaksiya.az xəbər  verir ki,  bunu TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, buna baxmayaraq, hər bir xəstənin itkisi problem olaraq qəbul olunmalıdır: “Xəstəliyin müşahidə və müalicəsində hər zaman inkişaf olmalıdır. Amma hazırda koronavirus xəstəliyi səbəbindən ölüm göstəricilərində artma yoxdur”.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar