Razi Nurullayev: “İş adamları bezir, iş yerləri bağlanır, sərmayəçilər qorxub qaçır”

23.11.2021 13:13     Sosreaksiya     249

“Almaniyada, Amerikada, Yaponiyada iqtisadiyyatın aparıcı qüvvəsi sənaye məhsullarıdısa, bizdə neftdən əlavə ən böyük drayver toylar və tikintidir. Toy bizim iqtisadiyyatımızın ana xətti olmasaydı, bu qədər şadlıq evləri tikilməzdi ki. Xoşumuza gəlməsə də, gerçəkliyimiz budur”.

Deputat Razi Nurullahyev bu fikirləri Milli Məclisdəki plenar iclasda söylədi. Bildidi ki, dünyada ikinci drayver tikintidir: “Tikinti az qala bütöv Azərbaycanı işlə təmin etmək iqtidarındadır və biz bunun birinci tikinti bumunda şahidi olmuşuq. Indi isə tikintilər həddindən artıq çox zəifləyib və iş adamları və aidiyyatı təşkilatlarla söhbətimə uyğun olaraq diqqəti iki məsələyə çəkmək istəyirəm. Birinci məsələ, köçmək istəməyən bir və ya bir neçə vətəndaşa görə tikintilərin aylarla, bəzən illərlə gecikməsidir. Bir vətəndaş ayağını yerə dirəyib köçmək istəmir. Kvadratından dəfələrlə çox kvadrat istəyir və ya evini, mənzilini dəfələrlə baha dəyərləndirir. Mən hər zaman vətəndaşların yanında olmuşam, amma bu məsələ bir vətəndaşın ucbatından yüzlərlə vətəndaşa ziyan vurduğuna görə haqqı deməliyəm. İş adamları bezir, vətəndaşlar bezir, iş yerləri bağlanır və digər sərmayəçilər də qorxub qaçır. Qaçıb başqa ölkələrdə tikir”.

R.Nurullayev təkli etdi ki, qanuna uyğun dəyişiklik olundun: “Əgər sakinlərin 70%-i köçürülmə və şərtlərlə razıdırsa, o zaman qalan 30% hüquqi müstəvidə 10 gün müddətində həllini tapsın. Mən Parlamentin müvafiq komitəsinin sədri hörmətli Tahir müəllimdən xahiş edirəm ki, bu məsələni komitə olaraq araşdırsın və çox yaxında biz dəyişiklikləri komitələrdə müzakirə edək və plenar iclasa çıxaraq. Bunu gecikdirmək olmaz. Bu səbəbdən bilirsiniz nə qədər iş yeri tormozlanıb? On minlərlə. Bu məsələdə vətəndaşların da maraqlarını insan hüquqları kontekstində daha yaxşı təmsil etmək üçün insan hüquqları komitəsinin üzvü kimi müzakirələrdə iştirak etməyə hazıram. İkinci məsələ isə, Azərbaycan Respublikası Prezidentinin 1 avqust 2018-ci il tarixli Fərmanı ilə Memarlıq və Şəhərsalma Baş İdarəsinin Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyinə verilməsidir. Bu fərmanı yüksək qiymətləndirir və yaradılan nizam-intizamdan da razıyam. Hərçənd ki, Bakı çox eybəcər tikilib və həlli onilliklər çəkəcək digər problemlər yaradılıb”.

R.Nurullayev ardınca bildirdi: “Hazırki problem budur ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Şəhərsalma Baş İdarəsinin verdiyi sənədlər havadan asılı qalıb. Çünki, Prezidentin yeni fərmanından sonra yeni standart və qaydalar var. Sənədlər isə köhnə normativlərə görə verilib və iş adamları da köhnə normativlərlə layihə təqdim edib və rüşvət də ödəyib. Adbaad çəkə bilərəm ki, kim neçə milyon və kimə verib. Indi o adamlar vəzifədən alınıb. Amma, bu və digər səbəblərdən əlində qanuni sənədi olan iş adamları tikinti apara bilmir. İstəyim budur ki, bu məsələ ilə bağlı həll yolu tapılsın. Təklif edirəm ki, ədalətli həll yolu olaraq ortaq variant seçilsin. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təklif etdiyi şərtlərlə Memarlıq və Şəhərsalma Baş İdarəsinin verdiyi sənədlər arasında bir ortaq məxrəc tapılsın”.

Reaksiya.az

Şərhlər