Lirənin çökdüyü vaxtda Türkiyəni sevindirən xəbər: Milyardlarla dollar... - ŞOK HƏMLƏ

24.11.2021 14:37     Sosreaksiya     240

Bu gün Türkiyəyə gələcəyi gözlənilən Birləşmiş Ərəb Əmirlikləri şahzadəsi, vəliəhd Məhəmməd bin Zayed əl Nahyanın səfəri barədə maraqlı xəbər yayılıb. Vəliəhd Nahyanın Türkiyəyə 100 milyard dollar sərmayə yatıra biləcəyi irəli sürülür.

Bu barədə Böyük Britaniyanın “Middle East Eye” portalı etibarlı mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, şahzadə prezident Rəcəb Tayyib Ərdoğana Türkiyəyə 100 milyard dollar sərmayə yatırmağa hazır olduğunu ifadə edib. Bəzi mənbələr isə bu məbləğin azı 10 milyard dollar olduğunu yazır. Bildirilir ki, səfər zamanı vəliəhd Ərdoğan tərəfindən qəbul ediləcək.

Türk lirəsinin dollar qarşısında dəyər itirdiyi bir vaxtda bu yerli iqtisadiyyat üçün önəmli sərmayə ola bilər. / Metbuat.az

Reaksiya.az

 

Şərhlər