Hər hansı bir sual olunarsa, cavablandıraram - Misir Mərdanov

26.11.2021 16:05     Sosreaksiya     281

"Təhsil tələbə krediti sisteminin istifadəyə verilməsini müsbət qiymətləndirirəm. Bunu Azərbaycan təhsilində irəliyə atılan bir addım hesab edirəm". 

Reaksiya.az xəbər verir ki, bunu "Unikal"a açıqlamasında keçmiş təhsil naziri Misir Mərdanov deyib. 

Eks nazir Azərbaycan təhsilinin bugünkü vəziyyəti ilə bağlı hər şeyin qaydasında olduğunu bildirib: "Nə imkan var, ondan istifadə olunur. Təhsilin gələcəyinə böyük ümidlə baxıram".  

Misir Mərdanov Təhsil nazirliyinin rəhbərliyi tərəfindən ona hər hansı bir məsələ ilə bağlı müraciət olunmadığını qeyd edib: "Görünür ehtiyac yoxdur. Hər hansı bir sual olunarsa, imkanım daxilində o sualları cavablandıraram. Hələlik məsləhət üçün mənə hər hansı bir müraciət olmunmayıb". 

Reaksiya.az

Şərhlər