Mahir Məmmədov Elman Rüstəmovu əvəzləyib

26.11.2021 15:17     Sosreaksiya     287

Azərbaycan Şahmat Federasiyasının yeni prezidenti seçilib.
 
Reaksiya.az xəbər verir ki, Mahir Məmmədov federasiyanın yeni prezidenti olub. O, bu postda Elman Rüstəmovu əvəzləyib.

Faiq Həsənov federasiyanın 1-ci vitse-prezidenti, Seymur Talıbov isə vitse-prezident kimi işini davam etdirəcək. AŞF-nin prezident və vitse-prezidenti həm də İcraiyyə Komitəsinə üzv kimi təsdiqlənib. Eyni zamanda Sərxan Həşimov və beynəlxalq qrossmeyster Cahangir Ağarəhimov İcraiyyə Komitəsinə üzv seçilib.

Qeyd edək ki, M.Məmmədov Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti olub. O, eyni zamanda Beynəlxalq Şahmat Federasiyasının da vitse-prezidentidir.

Xatırladaq ki, Elman Rüstəmov 2007-ci ildən Azərbaycan Şahmat Federasiyasına rəhbərlik edirdi.
 

Şərhlər