Hava Hücumundan Müdafiə bölmələrində döyüş atışları keçirilib - VİDEO

30.11.2021 12:10     Sosreaksiya     231

2021-ci il üçün döyüş hazırlığı planına əsasən Hava Hücumundan Müdafiə (HHM) bölmələrinin döyüş atışları keçirilib.
 
Bu barədə Reaksiya.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
 
Bildirilib ki, atışlarının əsas məqsədi şəxsi heyətin zenit qurğularından istifadəetmə bacarıqlarının təkmilləşdirilməsi və bölmələrin döyüş qabiliyyətinin daha da yüksəldilməsidir.
 
Hava hücumundan müdafiə vasitələrinin döyüş heyətləri tərəfindən aşkar olunan şərti düşmən hava hədəflərinin praktiki atışlarla məhv edilməsi tapşırıqları peşəkarlıqla icra edilib.
 
 
 

Şərhlər