"Narkotik istifadəçilərinin sayı ilbəil artır" - Komitə sədri

30.11.2021 12:44     Sosreaksiya     229

Narkomaniya ilə mübarizə istiqamətində görülən işlərə baxmayaraq, statistika göstərir ki, narkotik vasitələrdən istifadəçilərin sayı ilbəil artır.

Bunu Milli Məclisinin Ailə, qadın və uşaq məsələləri və Səhiyyə komitələrinin bu gün keçirdiyi “Narkomaniya ilə mübarizə ailə sağlamlığının təminatıdır” mövzusunda dinləmədə parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

Onun sözlərinə görə, narkomaniya ilə mübarizədə uğur qazanmaq üçün bu işlə məşğul olan qurumlar bir-biri ilə əlaqəli çalışmalıdır.

Komitə sədri bildirib ki, narkotik vasitə istifadəçilərinin sayının artmasının əsas səbəblərindən biri də yeni çeşidli narkotiklərin dövriyyəyə buraxılmasıdır:

"Bu sahələrdə olan boşluqlar narkotik aludəçilərinin sayını artırır. Təkcə ABŞ-da narkotikin yüksək dozasından hər il 47-48 min insan dünyasını dəyişir. Böyük qrup insanlar isə bu statistikadan kənarda qalır".

Reaksiya.az

Şərhlər