Azərbaycanın tələbi ilə erməni “bayraq”ları Qarabağdakı mövqelərdən endirilib

01.12.2021 15:18     Sosreaksiya     226

Qarabağdakı qanunsuz “hərbi birləşmə”nin Şuşa ətrafında yerlərşən mövqelərində erməni “bayraq”larını endirmək tapşırılıb.
 
Bu barədə Ermənistanın “168.am” nəşri yazıb.

“Qarabağdan bizimlə əlaqə saxlamış əsgərlərin məlumatına görə, yuxarı komandanlıqdan bildiriblər ki, noyabrın 26-da baş tutan Soçi görüşündən sonra Azərbaycan tərəfi “bayraq”ları endirmək şərti qoyub, əks təqdirdə atəş açmaqla təhdid edib. Məhz bu görüşdən sonra Ermənistan hakimiyyətinin göstərişi ilə Qarabağdakı mövqelərdən erməni “bayraq”ları endirilib”, - deyə nəşr qeyd edib.(ordu.az)
 

Şərhlər