Azad olunan ərazilərdən daha 610 mina aşkarlandı

01.12.2021 17:14     Sosreaksiya     241

ANAMA işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatlar barədə aylıq statistik məlumatları açıqlayıb.

ANAMA-dan Reaksiya.az-a  bildirilib ki, noyabrın 1-dən noyabrın 30-a qədər Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 256 piyada əleyhinə mina, 354 tank əleyhinə mina və 223 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 414 hektar ərazi mina və PHS-lardan təmizlənib.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar