“Azəriqaz”da jurnalistlərlə növbəti görüş olacaq

02.12.2021 11:55     Sosreaksiya     207

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin inzibati binasında növbəti “Açıq qapı” aksiyası 3 dekabr saat 11:00-da başlayacaq.

“Azəriqaz”dan verilən məlumata görə, bütün media mənsublarının üzünə açıq olacaq bu aksiya Feysbuk sosial şəbəkəsi üzərindən canlı yayımlanacaq. Vətəndaşların sualları da canlı yayım vasitəsilə cavablandırılacaq. Hər bir media qurumu bu tədbirə dəvətlidir.

Reaksiya.az

Şərhlər