DİN-dən Bakıdakı yol qəzası barədə RƏSMİ AÇIQLAMA

02.12.2021 14:32     Sosreaksiya     225

Bu gün bəzi KİV-lərdə Bakıda “AA” seriyalı avtomobilin iştirakı ilə yol qəzası baş verməsi barədə xəbər yayılıb.

Məsələ ilə bağlı Oxu.Az Daxili İşlər Nazirliyinə (DİN) sorğu ünvanlayıb.

DİN Mətbuat Xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, dekabrın 2-də səhər 07:09 radələrində Səbail rayonu ərazisində Bibiheybət məscidinin yaxınlığında piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib:

“Bakı şəhər sakini Fariz Məmmədovun idarə etdiyi 90-SB-966 nömrəli “Nissan X-Trail” markalı  avtomobillə piyada keçidi üçün nəzərdə tutulmayan yerdən yolu keçmək istəyən paytaxt sakini, 1974-cü il təvəllüdlü Məzahir Əliyev vurulub.

Nəticədə piyada yolun əks istiqamətində hərəkətdə olan Nəsimi Mustafayevin idarə etdiyi BMW markalı avtomobilin qarşısına düşüb. Nəsimi Mustafayev dərhal avtomobili dayandırıb. Lakin piyada hadisə yerində vəfat edib”.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. Hadisə yerinə baxış keçirilib, sxem tərtib edilib, habelə digər istintaq hərəkətləri həyata keçirilib. Araşdırma davam etdirilir

Reaksiya.az

Şərhlər