Elçin Quliyev yaralı sərhədçilərə baş çəkdi

03.12.2021 11:44     Sosreaksiya     278

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev hərbi helikopterin qəzaya uğraması nəti­cəsində yaralanmış və hazırda DSX-nin Hərbi Hospitalında müalicə alan polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilova baş çəkib.

Bu barədə Reaksiya.az-a DSX-dən məlumat verilib.

E.Quliyev hərbi qulluqçularla söhbət edib, səhhətlərinin vəziyyətilə maraqlanıb, tezliklə sağalmalarını arzulayıb.

Hərbi qulluqçuların sağlamlıq durumu və müalicələrinin gedişatı Dövlət Sərhəd Xidmətinin rəisinə məruzə olunub, onların sağlamlıqlarının bərpa olun­ması və qısa müddətdə xidmətə qaytarılmaları üçün bütün lazımi tədbirlərin görüldüyü bildi­rilib.

Reaksiya.az

Şərhlər