Milli Məclis 2022-ci ilin dövlət büdcəsini təsdiqlədi

03.12.2021 11:58     Sosreaksiya     267

lli Məclisin plenar iclasında spiker Sahibə Qafarova parlament nümayəndə heyətinin Rusiya və İspaniya səfərləri barədə ətraflı məlumat verdi.

Daha sonra “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarıldı.

Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili layihəyə dəyişiklik haqda məlumat verdi. Sədr bildirdi ki, üçüncü oxunuşun qaydalarına uyğun olaraq çıxış və suallar olmayacaq.

Layihə səsə qoyuldqdan sonra qəbul edilib.

Reaksiya.az

Şərhlər