Gün ərzində Azərbaycanda 50-60 zəlzələ qeydə alınır

06.12.2021 11:32     Sosreaksiya     230

Gün ərzində Azərbaycanda 50-60 zəlzələ qeydə alınır.

Bunu Trend-ə açıqlamasında AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli deyib.

"Lakin bu zəlzələlər çox aşağı ballı olduğu üçün hiss olunmur və heç bir təsiri də yoxdur", - deyə o bildirib.

Baş seysmoloq zəlzələlərlə bağlı öncədən proqnozların verilməsi məsələsinə də aydınlıq gətirib.

"Zəlzələ ilə bağlı qısamüddətli proqnozun verilməsi məsələsi yüz illərdir ki, həllini tapa bilmir. Bunun üçün cihaz yoxdur. Xüsusən də güclü zəlzələlərin dəqiq yeri və vaxtı üçün qısamüddətli proqnoz vermək mümkün deyil.

Lakin ortamüddətli və uzunmüddətli proqnozlar verilə, harada aktivliklərin olduğunu və zəlzələ gözlənildiyini demək mümkündür. Yaxın müddətdə Azərbaycanda dağıdıcı zəlzələ ehtimalı yoxdur", - deyə Q.Yetirmişli qeyd edib.

Reaksiya.az

Şərhlər