Ukraynaya gizli getmək istəyən 4 azərbaycanlı saxlanıldı

06.12.2021 13:46     Sosreaksiya     222

Ukrayna sərhədçiləri Rusiya ilə sərhəddə 4 Azərbaycan vətəndaşını saxlayıb.
 
Onlar gecə saatlarında sərhədi keçib Ukraynaya getmək istəyiblər. Sərhəd pozucularına Ukrayna vətəndaşı bələdçilik edirmiş. Saxlanılanlar Luqansk vilayətinin Krasni Derkul yaşayış məntəqəsində ələ keçiriliblər.
 
Onların üstündən narkotik və digər qeyri-qanuni əşyalar tapılmayıb. Həmin şəxslərin pasportları götürülüb və barələrində istintaq araşdırmaları aparılır.
 

Şərhlər