Ruslan Əliyev: “Şəhid ailələri və qazilər hər zaman diqqətimizdədir”

06.12.2021 16:43     Sosreaksiya     243

“Azəriqaz” İstehsalat Birliyinin Tərtər Regional qaz istismarı İdarəsində böyük mühəndis vəzifəsində çalışan, Vətən müharibəsinin iştirakçısı Əli İbrahimovun bu gün 50 yaşı tamam olur. Bu münasibətlə Birliyin baş direktoru Ruslan Əliyev Əli İbrahimovla görüş keçirib.

O, uzun illərdi ki, “Azəriqaz” İB-də çalışır. Vətən müharibəsi başlayan gündən könüllü olaraq döyüşlərə qatılıb. Füzuli, Xocavənd, Hadrut, Şuşa istiqamətlərində gedən döyüşlərdə iştirak edib. Görüş zamanı baş direktor Vətən müharibəsi iştirakçısının iş şəraiti ilə yaxından maraqlanaraq, Birlik tərəfindən bütün lazımi tədbirlərin görüləcəyini vurğulayıb. Ruslan Əliyev: “Qazilərin qayğıları ilə maraqlanmaq bizim borcumuzdur”- deyə qeyd edib. Əli İbrahimov “Azəriqaz” İB-də faydalı işinə görə, Həmkarlar İttifaqı hərəkatında fəal iştirakına və 50 illik yubileyi münasibəti ilə Birlik rəhbərliyi tərəfindən Fəxri Fərman və qiymətli hədiyyə ilə mükafatlandırılıb.

Reaksiya.az

Şərhlər