“Azəriqaz”ın baş direktoru media və QHT nümayəndələrinin suallarını cavablandıracaq

09.12.2021 13:07     Sosreaksiya     223

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz” İstehsalat Birliyinin inzibati binasında növbəti "Açıq qapı” aksiyası 10 dekabr saat 11:00-da başlayacaq.
 
Reaksiya.az-ın  "Azəriqaz”a istinadən verdiyi məlumata görə, bütün media və QHT mənsublarının üzünə açıq olacaq bu aksiya "Facebook" sosial şəbəkəsi üzərindən canlı yayımlanacaq.
 
Vətəndaşların sualları canlı yayım vasitəsilə cavablandırılacaq.
 
Hər bir media qurumu və QHT nümayəndəsi bu tədbirə dəvətlidir. Suallar baş direktor Ruslan Əliyev tərəfindən cavablandırılacaq.
 
 

Şərhlər

Çox oxunanlar