Azərbaycanda bu məhdudiyyət aradan QALDIRILDI

09.12.2021 14:59     Sosreaksiya     291

Azərbaycan ərazisində xüsusi karantin rejimi dövründə bəzi sahə və istiqamətlər üzrə koronavirus (COVID-19) infeksiyasının profilaktikasına dair metodiki göstərişlərə dəyişiklik edilib.

Səhiyyə Nazirliyindən Reaksiya.az-a verilən məlumata görə, dəyişikliyə əsasən, geyim satışı ilə məşğul olan ticarət obyektlərində geyim dəyişmə otaqlarından istifadəyə hər müştəridən sonra dezinfeksiya işləri aparılması şərti ilə icazə veriləcək.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar