DİN: Özlərini Qarabağ qazisi kimi təqdim edən şəxslər Yasamal bələdiyyəsində dağıntılar törədib, bələdiyyənin 2 üzvünü döyüb

10.12.2021 13:52     Sosreaksiya     211

Dekabrın 9-da saat 11 radələrində özlərini “Çinar Park” MMC-nin işçiləri və Qarabağ qaziləri kimi təqdim edən bir qrup şəxs Yasamal rayon bələdiyyəsinin inzibati binasına daxil olub, bələdiyyə ilə MMC arasında bağlanmış müqavilənin vaxtından əvvəl ləğv edilməsinə etiraz edərək inzibati binanın otaqlarında dağıntılar törədib və bələdiyyənin 2 üzvünü döyərək onlara xəsarətlər yetiriblər.

Bu barədə DİN-in Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov məlumat verib. Onun sözlərinə görə, faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin olunub və iş üzrə istintaq hərəkətləri aparılır.

Reaksiya.az

Şərhlər