AY Partiya Başqanının kitabı təqdim olunub

10.12.2021 15:09     Sosreaksiya     238

Milli düşüncənin parlaq təmsilçilərindən bir kimi tanınan Azərbaycan Yüksəliş Partiyasının Başqanı Anar Əsədlinin yeni çapdan çıxan "Vicdanın labüd etdiyi savaş" adlı kitabının təqdimat mərasimi keçirilib.

Təqdimat “Azərkitab” Kitab Mərkəzində tanınmış siyasi simaların, partiya rəhbərlərinin, ziyalıların, ictimaiyyət nümayəndələrinin və media mənsublarının iştirakı ilə baş tutub. 

Qonaqlar müəllifin imzasıyla təqdim olunan nəşrlə tanış olub, kitab haqda  təəssüratlarını bölüşüblər. Tədbir iştirakçıların AY Partiya Başqanına ünvanladığı suallar əsasında müzakirə formatında davam edib. 

Qeyd edək ki, "Vicdanın labüd etdiyi savaş" kitabında son illər ölkədə və dünyada cərəyan edən ən mühüm olaylar haqqında müəllifin özəl düşüncələri, siyasi-fəlsəfi fikirləri yer alıb. 

Kitab "AY Partiyanın kitabxanası" seriyasından işıq üzü görən ilk nəşrdir.

Reaksiya

Şərhlər