Qubada silah-sursat aşkarlanıb

11.12.2021 16:05     Sosreaksiya     256

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Musavat.com-a bildirildiyinə görə Quba Rayon Polis Şöbəsinin Növbətçi hissəsinə rayonun Dağlı kəndi ərazisində silah-sursat olması barədə məlumat daxil olub.

Dərhal hadisə yerinə gedən polis əməkdaşkarı Quba-Qusar yolunun sol tərəfində yerləşən “Gülüstan” gölünün kənarından ağ polietilen kisəyə bükülmüş 2 ədəd 16 kalibrli qoşalüləli tüfəng, 1 ədəd ov tüfənginə məxsus lülə və 81 ədəd avtomat patronu aşkar edərək götürüblər.

Bundan əlavə olaraq RPŞ-nin PPXB-nin əməkdaşları tərəfindən rayon sakini İzzət Əhmədova məxsus avtomobildən 1 ədəd sənədsiz ov tüfəngi aşkar edilərək götürülüb.

Faktlarla bağlı RPŞ-də araşdırma aparılır.

Reaksiya.az

Şərhlər