Tikinti materiallarında kəskin bahalaşma...

13.12.2021 11:05     Sosreaksiya     250

Bakıda tikinti materialları il ərzində kəskin səviyyədə bahalaşıb.

Reaksiya.az oxu.az-a istinadən xəbər verir ki, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin verdiyi məlumata görə, tikinti materiallarının ümumi qiyməti ay ərzində 1,3 faiz, il ərzində isə 24,2 faiz artıb.

Belə ki, noyabr ayı üzrə paytaxtda bir ədəd daşın qiyməti 60 qəpik, dəmir məmulatlarının bir ton üçün orta qiyməti 1 400 manat, taxta məmulatlarının kubmetr üçün qiyməti 460 manat, dam örtüklərinin kvadratmetri 11,5 manat, bir kubmetr qumun qiyməti 26 manat, bir kisə sementin orta qiyməti isə 7,5 manat təşkil edib.

Əvvəlki ayla müqayisədə noyabr ayı ərzində daş məmulatlarının, dam örtüklərinin və qumun qiyməti sabit, dəmir məmulatlarının qiyməti 3,7 faiz, taxta məmulatlarının 4,6 faiz, sementin qiyməti isə 2,8 faiz bahalaşıb.

İl ərzində isə daş məmulatlarının qiymətində 17,7 faiz, dəmir məmulatlarının qiymətində 27,3 faiz, taxta məmulatlarının qiymətində 48,4 faiz, dam örtüklərinin qiymətində 35,3 faiz, qumun qiymətində 4 faiz, sementin qiymətində isə 19,2 faiz artım müşahidə olunub.

Reaksiya.az

Şərhlər