Torpaq almaq istəyənlərin NƏZƏRİNƏ: Bakıda qiymətlər ucuzlaşdı

16.12.2021 17:39     Sosreaksiya     245

Noyabr ayında Bakıda torpağın qiyməti əvvəlki ayla müqayisədə 8,78 faiz ucuzlaşıb.

Bu barədə Trend-ə “MBA Consulting Group” şirkətindən bildirilib.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə isə torpaq qiyməti 16,08 ucuzlaşıb. Ötən ay bir sotun orta qiyməti 17 220 manat təşkil edilib.

Şirkətdən qeyd olunub ki, torpağın qiymətində ucuzlaşma mövsümi xarakter daşıyır. Qış ayları olduğu üçün torpaq sahələrinə tələbat azalır ki, bu da qiymətlərə öz təsirini göstərir.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar