Azərbaycan bu il 4 mlrd. manatadək xarici investisiya cəlb edib

17.12.2021 10:10     Sosreaksiya     231

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan iqtisadiyyatına 11,708 mlrd. manat investisiya yatırılıb ki, bu da illik müqayisədə 11,2% azalıb.

APA-nın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, investisiyalarının 33%-i 3,859 mlrd. manatı xarici sərmayələrin payına düşüb.

Qeyd edilir ki, xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 3,580 mlrd. manatı (92,8%-i) Birləşmiş Krallıq, ABŞ, Türkiyə, Yaponiya, İsveçrə, Norveç, Virgin adaları, Malayziya, Fransa, Rusiya və İran sərmayədarlarına məxsus olub.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar